“Rabitəbank” yaxın vaxtlarda adını dəyişəcək? – Açıqlama

11:21 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi ötən gün “Rabitəbank” ASC restaylinq (imic dəyişikliyi) edib.

ABC.AZ xəbər verir ki, “Dəyişmək vaxtıdır” şüarı ilə keçirilən təqdimat mərasimindən sonra jurnalistlər üçün mətbuat konfransı baş tutub.

Mətbuat konfransında bankın idarə heyətinin sədri Elçin Qədimov bir müddət əvvəl bankın adının dəyişəcəyi ilə bağlı yayılan məlumatlara da toxunaraq bildirib ki, təntənə ilə tədbir keçirdik və ikinci dəfə bunu yaxın vaxtlarda keçirməyəcəyik: “Biz bankın adının dəyişdirilmısi barədə düşünürdük. Amma yekunda qərara gəldik ki, adımızın uzun müddət ərzində toplanmış müsbət reputasiyası var və biz hər iki krizisdən başı uca çıxa bilmişik. Bankımız hər zaman etibarlı bank kimi həm əmanətçilər, həm də istənilən hüquqi və fiziki şəxslər qarşısında etibarlı bank kimi tanınıb. Ona görə də düşündük ki, bankın etibarlı olması kifayət qədər önəmli olduğu üçün biz adımızla bu günə gəlib çıxmışıqsa bunu qoruyub saxlayaq. Ona görə, düşündük ki,mövcud adımızın üzərində imicimizi , loqomuzu, şüarımızı , rəngimizi dəyişib adımızı saxlayaq. Yaxın gələcəkdə adımızı dəyişməklə bağlı hər hansı planlarımızı olmayacaq”.

Müəllif: Elmir Murad

 

Вся лента