“Azərsu” ASC-nin rəhbər şəxsləri vətəndaş qəbulu keçirib

11:49 - 20.11.2019


20 noyabr, Fineko/abc.az. “Azərsu” ASC-nin sədr müavinləri noyabr ayında bölgələrdə vətəndaşları qəbul ediblər.

Bu barədə “Azərsu” ASC məlumat verib.

Qeyd olunur ki, noyabrın 18-də “Azərsu” ASC-nin sədrinin birinci müavini Teyyub Cabbarov Zərdab şəhərində Zərdab və Bərdə rayonlarından olan vətəndaşlarla, noyabrın 19-da isə sədr müavini Etibar Məmmədov Kürdəmir şəhərində Kürdəmir və Ucar rayonlarından olan sakinləri qəbul edib. 

Müraciətlər əsasən içməli su təchizatı və kanalizasiya, işə qəbul və digər məsələlərlə bağlı olub. Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi yerində həll olunub, araşdırılmasına ehtiyac olan müraciətlər nəzarətə götürülüb.

 

 

Вся лента