Neftin qiyməti əhəmiyyətli dərəcədə artdı, Azeri Light 0,89% bahalaşdı

09:56 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Azərbaycanın Azeri LT CIF markalı nefti $0,60 (0,89%) artaraq bir barelə $68,14 təşkil edib.

Neftin qiymətləri, ötən günkü xeyli artmadan sonra cümə günü ticarəti gedişatında enir.

Noyabrın  21-də keçirilən ticarətdə Londonun “ICE Futures” birjasında “Brent”in yanvar fyuçersi $1,57 (2,52%) yüksələrək bir barelə $63,97 təşkil etmişdir.

Brent markalı neftin yanvar fyuçersi saat 9:20-də $0,33 (0,52%) azalaraq bir barelə $63,64 təşkil edib.

NYMEX birjasında noyabrın 21-də keçirilən ticarətin nəticəsində “WTI” markalı neftin yanvar fyuçersi $1,57 (2,75%) artaraq bir barelə $58,58 təşkil etmişdir.

WTI markalı neftin yanvar fyuçersi  saat 9:20-də $0,38 (0,65%) azalaraq bir barelə $58,20 təşkil etmişdir.

 

Вся лента