Bu dəhlizlə daşınmış yüklərin həcmi açıqlanıb - 38 milyon tondan çox olub

10:31 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb. Yanvar-sentyabr aylarında Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi 38 milyon 762,9 min ton, yük dövriyyəsi isə 8 milyard 254,8 milyon ton-kilometr olub.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, yüklərin 25 milyon 376,6 min tonu və ya 65,5 faizi avtomobil nəqliyyatı, 9 milyon 663,1 min tonu və ya 24,9 faizi dəmir yolu nəqliyyatı, 3 milyon 723,2 min tonu və ya 9,6 faizi dəniz nəqliyyatı ilə daşınıb.

Dəhliz vasitəsilə daşınmış yüklərin 15,4 faizini və ya 5 milyon 979,7 min tonunu tranzit yüklər təşkil edib.

Müəllif: Elmir Murad

 

Вся лента