330x110
 

Avtomobil nəqliyyatı ilə sərnişin daşıma artıb - 2,3 faiz

22.11.2019,11:19


22 noyabr, Fineko/abc.az. Bu il avtomobil nəqliyyatı ilə 1 milyard 474,3 milyon sərnişin daşınıb.

ABC.AZ Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu ilin yanvar-oktyabr aylarında nəqliyyat sektorunda daşımalarda xüsusi çəkisi ən böyük olan avtomobil nəqliyyatı ilə 1 milyard 474,3 milyon sərnişin daşınıb və əvvəlki ilin eyni dövrü ilə müqayisədə 2,3 faiz artım qeydə alınıb. Sərnişinlərin 95,9 faizi avtobus, 4,1 faizi isə minik taksilərinin xidmətlərindən istifadə edib. Həmçinin sərnişin dövriyyəsi 2,4 faiz artıb.