Bank Respublika keçirdiyi sosial layihələrə görə mükafat qazandı

12:01 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Davamlı olaraq müxtəlif sosial layihələr həyata keçirərək cəmiyyətə faydalı olmağa çalışan Bank Respublika, növbəti dəfə mükafatlandırılıb.

Bank bu dəfə, Azərbaycan Respublikası Sahibkarlar Konfederasiyası tərəfindən təşkil edilən  “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda keçirilən konfrans zamanı mükafat əldə edib.

Belə ki, 2019-cu ildə xeyriyyə, təhsil, maliyyə savadlığı və digər sahələrdə bir çox faydalı və uğurlu layihələr həyata keçirən Bank Respublika – “Azərbaycanda korporativ sosial layihələrdə aktiv iştirak edən bank” mükafatı ilə təltif edilib.

Bankdan verilən məlumata əsasən, Korporativ Sosial Məsuliyyət siyasəti Bank Respublika üçün prioritet təşkil edən sahələrdən biridir və Bank, bundan sonra da müxtəlif sosial layihələr həyata keçirərək, cəmiyyətə faydalı olmağa davam edəcək.

Daha ətraflı məlumatı bankın rəsmi internet saytında, facebook səhifəsində və ya 144 nömrəsinə zəng edərək əldə edə bilərsiniz.

Вся лента