Bilinməlidir ki, avtomatlar kimə məxsusdur? - Borca pul verən aparatlara ekspertdən münasibət

15:46 - 22.11.2019


22 noyabr, Fineko/abc.az. Xəbər verdiyimiz kimi Bakının bəzi yerlərində "Azpulmat" aparatları vasitəsi ilə kredit götürlüməsinə başlanılıb.

Belə ki, aparat vasitəsi ilə hər kəs şəxsiyyət vəsiqəsi və barmaq izindən istifadə etməklə 20 manat məbləğində aparatdan bor pul çıxarda bilər. Artıq yeni aparatdan istifadə edənlərin sayı da artır.

Bəs görəsən yeni aparatlar hansısa banka ya bank olmayan kredit təşkilatına (BOKT) məxsusdur?

Məsələni araşdırmaq üçün "Azpulmat" haqqında google-da bir sıra axtarışlar aparsaq da, geniş informasiyalar əldə edə bilmədik. Bu səbədən məsələ barədə ekspertdən münasibət öyrənməyə çalışdıq.

Banklar üzrə ekspert Əkrəm Həsənov ABC.AZ-ın sualına cavab olaraq bildirdi ki, bəzi ölkələrdə belə bir tendensiya mövcuddur, amma onun necə işlədiyi barədə məlumatsızam. Ə.Həsənovun sözlərinə görə, burada söhbət mikro kreditlərdən gedir. “Məsələnin hüquqi tərəfindən başlayaq ki, bu kreditləri kim verir?. Yəni hər hansı bir şəxs bunu öz pulu ilə verirsə, buna heç bir qadağa ola bilməz” deyə ekspert qeyd etdi: “Kimsə öz pulu ilə, faizlə kredit verirsə, həmçinin vergisini verirsə burda dövlət deyə bilməz niyə verirsən?. Buna görə də bizdə birinci müəyyən olunmalıdır ki, bu avtomatlar kimə məxsusdur, bunu fiziki şəxslər ya şirkət edir?. Əgər fiziki şəxsdirsə, kredit cəlb etmədən edirsə, etməsin də heç bir problem yoxdur. Çünki risk onun özünündü. Amma bunu banklar və bank olmayan kredit təşkilatları edirsə bu artıq problemdir. Çünki bank qanunverciliyinə görə, ümumiyyətlə müştərini tanı prinsipi var. Yəni bank sistemində krediti kimə verirsənsə onu tanımalısan. Yalnız şəxsiyyət vəsiqəsi ilə olmaz. Onun gəliri haqqında rəsmi sənədlər olmalıdır. Yəni belə kredit vermək olmaz. Çünki başqalarının pulu ilə risk edirlər”.

Müəllif: Elmir Murad

 

Вся лента