“NBCBank” nizamnamə kapitalını artırır? - Növbədənkənar yığıncaq keçiriləcək

10:07 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Dekabrın 26-da “NBCBank” ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

ABC.AZ xəbər verir ki, toplantı bankın Bakı şəhəri Müzəffər Nərimanov, məhəllə 20/54 ünvanında yerləşən Mərkəzi ofisində baş tutacaq. Ümumi yığıncağın gündəliyinə “NBCBank” ASC-nin nizamnamə kapitalının artırılması barədə və digər məsələlər müzakirə olunacaq.

Müəllif: Elmir Murad

 

Вся лента