Təmiz şəhər üçün 2 milyon dollar ayrılacaq – İqtisadiyyat Nazirliyi tərəfindən

10:25 - 25.11.2019


25 noyabr, Fineko/abc.az. Azərbaycan Şərqi Avropa Enerji Səmərəliliyi və Ətraf Mühit üzrə Tərəfdaşlığa qoşulur.

ABC.AZ xəbər verir ki, sözügedən layihə çərçivəsində Azərbaycanın İqtisadiyyat nazirliyi ekoloji cəhətdən təmiz şəhər infrastrukturu investisiyalarının birgə maliyyələşdirilməsi üçün 2 milyon ABŞ dolları məbləğində vəsaitin ayrılmasını öhdəsinə götürüb.

Rəsmi Bakı bəhs olunan layihəyənin mövcud olduğu Ukrayna, Moldova, Gürcüstan, Ermənistan və Belarus kimi ölkələrə qoşularaq, şəhər infrastrukturu sektorunda enerji səmərəliliyi və ətraf mühit üzrə layihələr üçün qrant maliyyələşməsi almağa hüquqlu olacaq. Artıq Avropa YenidənQurma və İnkişaf Bankının (AYİB) Londonda keçirdiyi Şərq Tərəfdaşlıq İnvestisiya Sammitində Azərbaycanla müvafiq saziş imzalanıb.

Sözügedən layihə beş ölkədə 741 milyon AVRO dəyərə malik 36 layihəyə sərmayə qoymaqla enerji xərclərinə 1,700 GVt/saat qənaət etmiş və ildə 1 milyon ton CO2 emissiyası azalmasına nail olub.

Müəllif: Elmir Murad

 

Вся лента