"ASAN Assosiasiya" nə vaxt yaradılacaq? - Açıqlama

15:23 - 26.11.2019


26 noyabr, Fineko/abc.az. "ASAN Assosiasiya" bu ilin sonuna kimi yaradılacaq.

ABC.AZ xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Prezident yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin (“ASAN Xidmət”) sədr müavini Ceyhun Salmanov məlumat verib: "İyunda BMT-nin təşkilatçılığı ilə dövlət xidmətlərinə dair beynəlxalq forumu keçirilmişdi.

O forumda "ASAN Assosiasiya"nın yaradılması ilə bağlı niyyət protokolu imzalandı. Dekabrın 20-30-u arasında isə həmin assosiasiyanın rəsmi açılışı olacaq. Assosiasiyaya 8 dövlət qoşulacaq. Həmçinin bir neçə dövlət də qoşulmaq üçün təşəbbüslə çıxış edib. Bu dövlətlər arasında Türkiyə, Əfqanıstan, Mərakeş, İndoneziya, BƏƏ, Monteneqro var. Növbəti mərhələdə isə "ASAN Xidmət"in digər ölkələrdə tətbiqi ilə bağlı mexanizm yaradılacaq. 10-dan artıq dövlətlə "Asan Xidmət" modelinin tətbiqi ilə bağlı memorandumumuz var. Onlar bu konsepsiyanı həyata keçirmək istəyirlər. Həmin dövlətlərdə texniki-iqtisadi əsaslandırma ilə bağlı səfərlər etmişik və biz istərdik ki, həmin ölkələrdə maliyyə məsələləri də həll olunsun ki, "Asan Xidmət" modeli sürətlə tətbiq olunsun".

Müəllif: Elmir Murad

 

Вся лента