Bank “BTB” 2 filialın yerini dəyişəcək - Anons

12:10 - 27.11.2019


27 noyabr, Fineko/abc.az. 2010-cu ildə 2 filialla fəaliyyətə başlayan Bank BTB-nin hazırda 17 xidmət nöqtəsi var.

ABC.AZ xəbər verir ki, bunu Bank “BTB” ASC-nin İdarə Heyətinin Sədri Emil Rzayev müsahibəsində deyib.

O qeyd edib ki, Bank “BTB” ASC-nin hazırda ölkənin böyük şəhərləri Sumqayıt və Gəncədə belə filialları var. E. Rzyayev gələcək planlara toxunaraq, bildirib ki, bank regional filialların inkişaf perspektivlərinə çox böyük önəm verir: “Yaxın gələcəkdə əhatə dairəmizi daha da genişləndirərək əhaliyə geniş çeşidli, keyfiyyətli və innovativ maliyyə xidmətləri göstərməyi planlaşdırırıq. Hazırda filiallarımızda müştərilərin məmnunluğunu təmin etmək məqsədilə yenidənqurma işləri aparılır, müştəri xidməti üçün komfortlu şərait yaradılır, xidmət nöqtələrinə vahid standartlar tətbiq olunur. Eyni zamanda müştəri ehtiyaclarını nəzərə alaraq xidmət mərkəzlərinin əhali üzrə daha səmərəli yerləşdirilməsi, bir sıra filialların yeni ünvana köçürülməsi istiqamətində işlər aparılır. Hazırki strategiyamıza əsasən filiallarımız müştərilərin 10-15 dəqiqə ərzində rahat yetişməsinə imkan verən ünvanlarda yerləşdirilir. Bu məqsədlə 2017-ci ildə 2 filialın, 2018-ci ildə daha 2 filialın yeni ünvanlarda yenidən təşkili həyata keçirilib. Hazırda daha 2 filialın yerdəyişməsi işlərinə başlanmış və yaxın aylarda filialların yeni ünvanlarda fəaliyyət göstərməsi planlaşdırılır”.

Müəllif: Elmir Murad

 

Вся лента