Azərbaycan Beynəlxalq Bankında yeni TƏYİNAT

11:45 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub.

Bankdan ABC.AZ-a verilən məlumata görə, bankın Maliyyə menecmenti departamentinin direktoru vəzifəsinə Elçin Əlizadə təyin edilib.

Qeyd edək ki, 2007-2008-ci illərdə Paşa Bankın Əməliyyat və nəzarət departamentində mütəxəssis vəzifəsində çalışıb. 2009-cu ildən son təyinata qədər isə Ernst & Young beynəlxalq audit və konsaltinq şirkətinin əvvəlcə mütəxəssisi, daha sonralar baş mütəxəssisi, işçi qrupunun rəhbəri, meneceri və baş meneceri olub. ABŞ-ın Oregon Ştatının Sertifikatlaşdırılmış İctimai Mühasibi (CPA) lisenziyasına malikdir.

Müəllif: Elmir Murad

 

Вся лента