Bu bankda dəyişiklik baş verib - Audit Komitəsinin üzvlərinin sayı artırıldı

13:32 - 28.11.2019


28 noyabr, Fineko/abc.az. “AFB Bank” ASC-də dəyişiklik baş verib.

ABC.AZ xəbər verir ki, bankın Audit Komitəsinin üzvlərinin sayı 2-dən 3-ə qədər çoxaldılıb. Audit Komitəsinin yeni üzvünün adı da artıq açıqlanıb. Yeni üzv Faiq Abdullayevdir. Komitənin sədri əvvəlki kimi Şadiyyə Amanova, digər üzvü isə Famil Kərimovdur.

Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,394 milyon manatdır. Bankın səhmlərinin 99,64%-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100%-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11%-lik səhmdarı), 0,18%-i Cəmil Tahir oğlu Muradova ("Gilan Holdinq" MMC-nin İdarə Heyətinin sədri), 0,18%-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur.

Müəllif: Elmir Murad

 

Вся лента