Nazirlər Kabineti yeni normaları müəyyənləşdirdi – Sosial kirayə ilə bağlı

10:54 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması müəyyənləşib.

ABC.AZ xəbər verir ki, sözügedən normanı Nazirlər Kabineti müəyyənləşdirib.

Qərara əsasən, Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən olunub.

Müəllif: Elmir Murad

 

Вся лента