Gələn ilin yaşayış minimumu açıqlandı - 190 manat

15:56 - 29.11.2019


29 noyabr, Fineko/abc.az. Azərbaycanda 2020-ci il üçün yaşayış minimumunun məbləği açıqlanıb.

ABC.AZ xəbər verir ki, szöügedən məsələ büdcə zərfinə daxil olan "Azərbaycan Respublikasında 2020-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsində əksini tapıb. Layihəyə əsasən, gələn il üçün yaşayış minimumu ölkə üzrə 190 manat, əmək qabiliyyətli əhali üçün 201 manat, pensiyaçılar üçün 157 manat və uşaqlar 170 manat məbləğində müəyyən edilib.

Sənəd Milli Məclisin bu gün keçirilən plenar iclasında müzakirəyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Müəllif: Elmir Murad

 

Вся лента