Azərbaycanda Bakı - Böyük Kəsik dəmir yolunun 428 km sahəsi təmir edildi

20.12.2017,11:26


20 dekabr, Fineko/abc.az. “Azərbaycan Dəmir Yolları” (ADY) QSC  Bakı - Böyük Kəsik yolunun əsaslı təmirini həyata keçirməyi davam edir.

ADY-nın məlumatında deyilənə əsasən, Qarasu-Padar mənzilində 9,2 km dəmir yolunun əsaslı təmiri başlandı.

“Həmin sahənin təmiri 5 gün davam edəcək”, - ADY-nın məlumatında belə deyilir.

14 aprel 2015-ci ildə “Azərbaycan Dəmir Yollarının Yenidən Qurulması” layihəsinin 2-ci mərhələsinin icrası məqsədilə, “Azərbaycan Dəmir Yolları” QSC ilə Çexiya Respublikasının “MORAVİA STEEL” şirkətləri arasında “Azərbaycan Respublikası Dəmir Yollarının Bakı-Böyük Kəsik sahəsində 600 km hissənin maddi-texniki təchizatı və əsaslı təmiri” barədə İxrac Müqaviləsinə əlavə Saziş imzalanmışdır.

Bu günə kimi  2-ci mərhələ çərçivəsində 428 km dəmir yolu əsaslı təmir olunub.

 

 

Ключевые слова: ADY Dəmir Yolları Böyük Kəsik