Olimpiadaların qızıl medalçısı müavin təyin olundu - “Azərbaycan Beynəlxalq Bankı”nda yeni təyinat

14:56 - 4.12.2019


4 dekabr, Fineko/abc.az.  “Azərbaycan Beynəlxalq Bankı” ASC-də daha bir kadr təyinatı həyata keçirilib.

Bankdan ABC.AZ-a verilən məlumata görə, Əfqan Abbasov bankın Pərakəndə Bankçılıq Departamentinin direktor müavini vəzifəsinə təyin olunub. Yeni müavin əsasən ödəniş kart və terminalları, rəqəmsal məhsulların inkişaf etdirilməsi istiqamətində çalışacaq.

Qeyd edək ki, Ə.Abbasov əmək fəaliyyətinə LPO DəmirBank-da başlamış, Plastik Kartlar Departamentində menecer vəzifəsində, Azər-Türk Bank-da isə Ödəniş Kartları Departamentinin direktor müavini vəzifəsində çalışıb. Rəqəmsal Bankçılığın inkişaf etdirilməsi, Yeni məhsulların yaradılması, Ödəniş kart və məhsulları üzrə gəlir və xərclərin analiz edilməsi, ödəniş sistemləri üzrə Risklər və prosessiniq mərkəzinin yaradılması iş fəaliyyətində əsas istiqamətlərindən olub.

Ə. Abbasov 2005, 2006-ci illərdə informatika fənn olimpiadalarında qızıl medala layiq görülüb, dünya fənn olimpiadasında Meksikada Azərbaycanı təmsil edib. ACM proqramlaşdırma olimpiadasında fərdi və komanda halında Respublika 1-cisi olaraq region ölkələr arası turnirdə 3-cü dərəcə əldə edib. 2015-ci ildə Visa Beynəlxalq Ödəniş sistemi tərəfindən təşkil edilmiş Visa Global Challange-da 35 ölkədən 132 bank arasında komanda halında ilk 10-a daxil olmuşlar.

 

Müəllif: Elmir Murad

Вся лента