Rominq tarifləri aşağı salınacaq – Memorondum hazırlanır

15:53 - 4.12.2019


4 dekabr, Fineko/abc.az. Regional Rabitə Birliyi (RRB) MDB ölkələri arasında rominq tariflərinin aşağı salınması ilə bağlı memorandum hazırlayır.

ABC.AZ xəbər verir ki, bu barədə bu gün 4-də Bakıda keçirilən II Xəzər İnnovasiya Konfransında Regional Rabitə Birliyinin İcraiyyə Komitəsinin baş direktoru Nurudin Muhitdinov deyib.

Onun sözlərinə görə, sözügedən sənədin gələn il imzalanacağı gözlənilir: “Sənədin imzalanmasına dair qərar MDB hökumət başçıları səviyyəsində qəbul oluna bilər. Hazırda Regional Rabitə Birliyinə üzv bir neçə ölkədə daxili rominq ləğv olunub. Hesab edirəm ki, bu gün istifadəçilərə ölkə hüdudlarından kənarda belə pulsuz səsli və görüntülü ünsiyyət imkanı yaradan populyar messencerlər operatorlara rominq xidmətinin ümumiyyətlə ləğv edilməsinə bir stimul ola bilər”.

Müəllif: Elmir Murad

 

Вся лента