TRACECA-ya üzv ölkələri tariflərin eyniləşdirməsini istəyir - Təklif

14:53 - 6.12.2019


6 dekabr, Fineko/abc.az. "Avropa-Qafqaz-Asiya Nəqliyyat Dəhlizinə (TRACECA) üzv ölkələr tarifləri eyniləşdirməlidir".

ABC.AZ xəbər verir ki, bunu Bakıda keçirilən və dəhlizin inkişafı üzrə Əsas Çoxtərəfli Sazişin imzalanmasının 20 illiyinə həsr olunmuş beynəlxalq konfransda və TRACECA Hökumətlərarası Komissiyasının Daimi Katibliyinin XIV iclasında Ukraynanın İnfrastruktur naziri Vladislav Krikli deyib.

Onun sözlərinə görə, multimodel daşımaların asanlaşdırılmasına ehtiyac var. “Rəqəmsal problemlər hələ də qalmaqdadır. Biz səylərimizi birləşdirməklə TRACECA-nın təsirini artırmalıyıq. Biz bu dəhlizdən geniş istifadə etməliyik. Yükdaşımalarda tərəflər uyğun servislə təmin edilməlidir" deyə V.Krikli deyib.

Müəllif: Elmir Murad

 

Вся лента