Dövlət Gömrük Komitəsi və “Caspian European Club” B2G Forum təşkil edib

15:32 - 6.12.2019


6 dekabr, Fineko/abc.az.   Bugün  Bakıda “Caspian European Club”un Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin ( DGK) sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyevin iştirakı ilə təşkil olunmuş B2G forumu zamanı Azərbaycanda gömrük qurumları ilə biznes arasında dialoqun  genişləndirilməsilə bağlı məsələlər müzakirə olunub.

Biznes-forumda çıxış edən Səfər Mehdiyev Prezident İlham Əliyevin gömrük sistemində həyata keçirdiyi islahatlar, ticarətin asanlaşdırılması, gömrük prosedurlarının sadələşdirilməsi, şəffaflığın, vətəndaş məmnuniyyətinin təmin olunması və kölgə iqtisadiyyatının aradan qaldırılması istiqamətində müəyyənləşdiridiyi hədəflərdən danışıb.

Komitə sədri qarşıya qoyulan məqsədlərin yerinə yetirilməsi istiqamətində görülən işlərdən, həyata keçirilən layihələrdən, tətbiq edilən yeniliklərdən bəhs edib və  forum iştirakçılarını gələcək hədəflər barədə məlumatlandırıb.   B2G forumunda çıxış edən “Caspian European Club”un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev konstruktiv dialoqa,
həmçinin il ərzində birgə komissiyalar çərçivəsində və bugünkü B2G forumunda Klub üzvləri tərəfindən səsləndirilmiş təklif və xahişlərə göstərilən diqqətə görə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə minnətdarlığını bildirib.

Qeyd edək ki, Azərbaycan, Gürcüstan və Qazaxıstanda hər ay keçirilən “Caspian European Club”un B2G forumları dövlət və özəl sektor arasında
dialoqun qurulması üçün aparıcı vasitə olmaqla yanaşı, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu şirkətlərinin top-menecerləri və nümayəndələri ilə beynəlxalq biznes-netvorkinqə əlavə imkanlar yaradır.

Biznes-forumda Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyevə “Caspian European Club”un fəxri üzvlük sertifikatı təqdim olunub. “Caspian European Club”a yeni üzv olan şirkətlərə sertifikatlar verilib. Biznes-forumun işində dövlət və özəl şirkətlərin rəhbərləri, bir sıra diplomatik qurumların və beynəlxalq təşkilatların nümayəndələri iştirak
ediblər.
 

Вся лента