İlham Əliyev “IBM Global Market” şirkətinin vitse-prezidentini qəbul etdi

17:13 - 20.12.2017


20 dekabr, Fineko/abc.az. “IBM Global Market” şirkəti Azərbaycanla uzunmüddətli əməkdaşlıqda maraqlıdır. 

“IBM Global Market” şirkətinin baş vitse prezidenti  Erik Klementi prezident İlham Əliyevlə görüş zamanı bildirdi ki, şirkət artıq Azərbaycanın Dövlət Neft Şirkəti (ARDNŞ) ilə əməkdaşlıq edir.

“IBM Global Market” şirkətinin fəaliyyəti üçün Azərbaycanda geniş imkanlar mövcuddur. İnformasiya-kommunikasiya texnologiyaları sektoru prioritet təşkil edir və burada artıq əhəmiyyətli nailiyyətlər əldə edilib. Ölkəmiz böyük iqtisadi potensiala və perspektivlərə malikdir və xarici şirkətlərin fəaliyyəti üçün çox cazibədardır”, - bunu görüş zamanı İlham Əliyev deyib.

 

Вся лента