“Fitch” Azərbaycan Beynəlxalq Bankının reytinqlərinə yenidən baxacaq

15:33 - 20.12.2017


“Fitch” Beynəlxalq Reytinq Agentliyi 20 dekabr 2017-ci il tarixində Bankların qiymətləndirilməsi meyarları metodologiyasına etdiyi dəyişikliklərlə əlaqədar olaraq Azərbaycan Beynəlxalq Bankının reytinq proqnozlarına yenidən baxılacağını elan edib.

Metodologiyada aparılan dəyişikliklərə uyğun olaraq, Fitch 'ccc' reytinq proqnozu səviyyəsinə + və - modifikatorlarının tətbiqini planlaşdırır. Buna əsasən, ABB-nin hazırda “ccc” səviyyəsində olan dayanıqlıq reytinq proqnozuna (VR) yenidən baxılması nəzərdə tutulur.

Reytinq proqnozlarının dəyişməsi bankın risk profilinin  qiymətləndirilməsindən asılı olaraq 2018-ci ildə elan ediləcək. Xatırladaq ki, Azərbaycan Beynəlxalq Bankının öhdəliklərinin könüllü restrukturizasiyası prosesi müvəffəqiyyətlə başa çatdıqdan sonra, bankın xarici valyutada uzunmüddətli reytinqi Fitch tərəfindən “B-” səviyyəsinə yüksəldilib.

 

Вся лента