Daha bir sərnişin daşıyıcısı Bakı Nəqliyyat Agentliyinin tələbi ilə istehsalat bazası təşkil edib

20.12.2017,16:40


20 dekabr, Fineko/abc.az. Sərnişin daşımaları ilə məşğul olan daha bir şirkət, Bakı Nəqliyyat Agentliyinin (BNA) tələbi ilə istehsalat bazası yaradıb.

BNA-nin məlumatında deyildiyi kimi,  “Ayşən LTD” şirkəti istehsalat meydançası yaradıb. 

“İstehsalat bazası əsasən ətraf kənd və qəsəbələrdə fəaliyyət göstərən 7 marşrut xətti üzrə 119 ədəd avtobusa xidmət edir. Bazada avtobuslara zəruri texniki quluq göstərilməsi üçün xüsusi texniki zonalar yaradılıb. Burada sürücülərin reysqabağı tibbi müayinəsi məqsədi ilə tibb məntəqəsi də fəaliyyət göstərir. Bazada avtobusların reysdən sonra xüsusi mühafizə olunan ərazidə saxlanılması üçün də şərait yaradılıb”, - məlumatda belə deyilir.

Həmçinin bildirilir ki, Bakı Nəqliyyat Agentliyi 48 daşıyıcıya məxsus istehsalat bazasını təhlil edib və əksəriyyətində nöqsanlar aşkar edilib. BNA-nin tələbləri əsasında daşıyıcılar  müasir maddi-texniki təminatla təchiz olunmuş 7 istehsalat bazası yaratmışdır.

Ümumilikdə həmin bazalar 37 marşrut xəttindən 515 ədəd ümumi istifadədə olan nəqliyyat vasitəsinə xidmət edir.

 

 

Ключевые слова: BNA Nəqliyyat Agentliyi