330x110
 

Caspian European Club CEO Lunch Almaty təşkil edib

11.12.2019,11:25


11 dekabr, Fineko/abc.az.  Caspian European Club və Caspian Energy-nin eksklüziv partnyoru olan Caspian Energy Kazakhstan CEO Lunch Almaty təşkil edib. Bu barədə Caspian European Club və Caspian Energy qrupunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev məlumat verib. 

CEO Lunch Almaty-da giriş nitqi ilə çıxış edən Azərbaycan Respublikasının Almatı şəhərindəki konsulu cənab Ramil Rzayev CEO Lunch-ın regionun şirkətləri üçün  iqtisadi mərkəz olan Almatı şəhərində keçirilməsinin simvolikliyini qeyd edib. "Bugünkü CEO Lunch Almaty-da Qazaxıstan və Azərbaycanın aparıcı şirkətlərinin iştirak etməsi ikiqat xoşdur. Azərbaycan Ticarət Evi ilə sıx əməkdaşlıq münasibətində olan Caspian Energy Kazakhstan iki dost ölkə arasında iqtisadi və işgüzar əlaqələri fəallaşdırır", - deyə o bildirib.

Sonra Caspian European Club və Caspian Energy qrupunun sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev Caspian Energy Kazakhstan-nın fəaliyyətinin təqdimatını keçirib. Caspian Energy Kazakhstan Caspian European Club-un üzv şirkətlərinin top-menecerləri və nümayəndələri üçün informasiya-konsaltinq xidməti göstərməklə və müxtəlif növ biznes-forum, biznes-tur, dəyirmi masa, treninq, seminar və CEO Lunch təşkil etməklə məşğuldur. Eyni zamanda iştirakçılara Caspian European Club-un 17 il ərzindəki fəaliyyəti ilə bağlı geniş məlumat təqdim olunub. Çıxışının sonunda Telman Əliyev bütün CEO Lunch Almaty iştirakçılarını Nur-Sultan, Bakı, Tbilisi və Daşkənddəki tədbirlərdə iştirak etməyə dəvət edib. 

Almatı şəhərinin investisiya idarəsinin rəisinin müavini Kanat Sanindikov investisiya imkanları barədə məlumatı və Almatıda sahibkarlığa dövlət dəstəyi istiqamətində həyata keçirilən tədbirləri CEO Lunch Almaty iştirakçılarının diqqətinə çatdırıb. 

Qazaxıstanda Azərbayca Ticarət Evinin baş direktoru Hüseyn Cəbrayılov Nur-Sultan şəhərində fəaliyyət göstərən Qazaxıstan Respublikasındakı Azərbaycan Ticarət Evinin fəaliyyəti barədə danışıb. Gələcəkdə Qazaxıstanın digər şəhərlərində də Ticarət Evinin filiallarının yaradılmasının planlaşdırıldığı bildirilib. “Qazaxıstanda Azərbaycan Ticarət Evinin açılışı iqtisadi əlaqələrin genişlənməsinə və investisiya əməkdaşlığına böyük töhfə verəcək”, - deyə Hüseyn Cəbrayılov çıxışının sonunda qeyd edib.

 

CEO Lunch Almaty-da həmçinin Gazelli Group MMC və Cubics şirkətlərin nümayəndələri qısa təqdimatlarla çıxış ediblər.

CEO Lunch işgüzar ünsiyyət üçün unikal platformadır. Caspian European Club tərəfindən yardılmış CEO Lunch çərçivəsində dövlət qurumlarının nümayəndələri, diplomatik missiya və beynəlxalq təşkilat rəhbərləri, orta səviyyəli top-menecer və menecerlər ünsiyyət qurmaq və fikir mübadiləsi aparmaq imkanı əldə edirlər.

Nur-Sultan, Almatı, Aktau və Atırau şəhərlərində hər ay təşkil olunacaq CEO Lunch Qazaxıstan və Azərbaycanın dövlət və özəl sektorları arasında dialoqun qurulması üçün aparıcı vasitələrdən birinə çevriləcək, həmçinin Xəzər-Qara dəniz və Baltik regionu ölkələrinin şirkət nümayəndələri ilə qeyri-rəsmi şəraitdə ünsiyyət və yeni işgüzar əlaqələr üçün əlavə imkanlar yaradacaq.

Birinci CEO Lunch 2019-cu il sentyabrın 27-də Aktauda təşkil olunub.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda yaradılıb. Caspian European Club-un mənzil-qərargahı Bakıda (Azərbaycan) yerləşir. Caspian European Club Gürcüstan və Qazaxıstanda rəsmi nümayəndəlikləri, həmçinin ABŞ, Almaniya, Latviya və digər Xəzər-Qara dəniz və Baltik regionu ölkələrində səlahiyyətli nümayəndələri var.

Ключевые слова: Caspian European Club