“MasterCard” təmsilçisindən Palata barədə açıqlama – Onların işini kim görəcəksə onlarla da işləyəcəyik

14:31 - 11.12.2019


11 dekabr, Fineko/abc.az. “MasterCard” bir müddət əvvəl ləğv olunmuş Maliyyə Bazarlarına Nəzarət Palatası ilə əməkdaşlığının taleyinə aydınlıq gətirib.

ABC.AZ xəbər verir ki, “MasterCard”-ın Azərbaycan üzrə rəhbəri Erdem Çakar jurnalistlərə bildirib ki, təmsil etdiyi qurum Azərbaycanda bütün dövlət və özəl qurumlarla çalışır.

Onun sözlərinə görə, “MasterCard” kim nəğdsiz Azərbaycanı dəstəkləyirsə, fərqli ödəmənin və dolayısı ilə iqtisadiyyatın artmasına, böyüməsinə dəstək göstərirsə və ya göstərəcəksə onlarla əməkdaşlıq edir: “Biz Vergilər, Təhsil nazirliyi ilə danışıqlar aparırıq. Təhsil nazirliyi ilə universitetlərdə kartların işlənməsi, nəqliyyat sektorunda kartların işlənməsi üçün danışıqlar aparırıq. Təkrar bu işlərimiz sadaladığım bütün qurumlarla davam edəcək. Yəni əminəm ki, Palatanın rolunu kim həyata keçirəcəksə onlarla da eyni formada işbirliyi həyata keçirməyə davam edəcəyik. Çünki dərdimiz kartlı ödəmələrin, nəğdsiz ödəmələrin artmasıdır. Bunun üçün bütün dövlət və özəl qurumlarla, əməkdaşlıq həyata keçirərək əlimizdən gələni edəcəyik”.

Müəllif: Elmir Murad

 

Вся лента