Bu şəxs departament direktorunun müavini oldu - Azərbaycan Beynəlxalq Bankında təyinat

10:57 - 12.12.2019


12 dekabr, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankında (ABB) daha bir təyinat həyata keçirilib.

Bankdan ABC.AZ-a verilən məlumata görə, Rəsul Mənsimli ABB-də Risklərin idarəedilməsi departamentinin direktor müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, adıçəkilən şəxs 2018-ci ilin sentyabrından Beynəlxalq Bank-da Risk şöbəsinin müdiri vəzifəsində çalışıb. R. Mənsimli bundan öncə yenicə adını dəyişib “Yelo Bank” edən “Nikoil Bank” və “Unibank”-da çalışıb.

Müəllif: Elmir Murad

 

Вся лента