“Rabitəbank” ASC-də kadr dəyişikliyi – Müşahidə Şurasının üzvü vəzifəsindən getdi

11:31 - 13.12.2019


13 dekabr, Fineko/abc.az. “Rabitəbank” ASC-də kadr dəyişikliyi baş verib. Belə ki, adıçəkilən bankın Müşahidə Şurası üzvü Kamal Mədətov vəzifəsindən ayrılıb.

Bankın Mətbuat Xidmətindən ABC.AZ-a verilən məlumata görə, onun əvəzinə isə bankın Auidit Komitəsinin üzvü Rəşad Abbasov gətirilib.

Qeyd edək ki, K. Mədətov bankın müşahidə şurasına 2016-cı ildə üzv seçilmişdi.

Müəllif: Elmir Murad

 

Вся лента