AHK Azərbaycan İdarə heyətinin yeni sədrini seçib

15:16 - 13.12.2019


13 dekabr, Fineko/abc.az.  Alman-Azərbaycan Xarici Ticarət Palatası Fərid İsayevi Palatanın İdarə heyətinin yeni Sədri olaraq elan etməkdən məmnunluq hissi duyur.

Alman-Azərbaycan Xarici Ticarət Palatası (AHK Azərbaycan) 11 dekabr 2019-cu il tarixində keçirilən  İdarə heyətinin görüşündə KPMG Azerbaijan şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri Fərid İsayev İdarə heyətinin Sədri seçilərək PWT Wasser- und Abwassertechnik GmbH şirkətinin Bakı filialının rəhbəri, Falko Haydrixi əvəz edib.

Fərid İsayev Londonun Kingston Universitetinin Beynəlxalq Hüquq üzrə LLB dərəcəsinə malikdir. Neft və qaz sənayesi, miqrasiya, əmək quruculuğu, dövlət və özəl tərəfdaşlığı, korporativ və beynəlxalq ticarət hüququ kimi müxtəlif sahələrdə  fəaliyyət göstərən  cənab İsayev,  eyni zamanda  bank və  sığorta sektorlarında da geniş təcrübəyə sahibdir. 2013-cü ildə KPMG komandasına qoşulmadan öncə cənab İsayev Bakıda “Big4” audit şirkətlərindən birində hüquq sahəsində fəaliyyət göstərib. Onun beynəlxalq təcrübəsinə neft və qaz ticarəti sektorunda dünyanın ən böyük əmtəə ticarətçilərindən biri olan Glencore International şirkətinin Londondakı ofisində fəaliyyəti də daxildir.

2013-cü ildən etibarən AHK Azərbaycan-ın İdarə heyətinin üzvü olan Fərid İsayev 2016-cı ildən Palatanın İdarə heyətinin Sədr müavini kimi fəaliyyət göstərib. Eyni zamanda cənab İsayev Korporativ İdarəetmə, İnvestisiyalar, İnvestorlarla Əlaqələr, İş Etikası və Korporativ Sosial Məsuliyyət mövzularını əhatə edən Biznes Mühiti və  Beynəlxalq Reytinqlər üzrə  Hökumət Komissiyasının üzvüdür  və  müntəzəm olaraq müvafiq biznes məsələləri üzrə məqalələr dərc edir.

Palatanın yeni İdarə heyətinə KPMG Azerbaijan şirkətinin Vergi və Hüquq departamentinin rəhbəri - Fərid İsayev, NORM LLC şirkətinin Baş İcraçı Direktoru - Dr Henninq Sasse, AccessBank-ın İdarə heyətinin sədri və  Baş İcraçı Direktoru -  Anar Həsənov,  Uniper Global Commodities SE şirkətinin Cənub regionu ölkələrinin qaz təchizatı üzrə Vitse-Prezidenti - Dr Michael Hilmer, Hyatt Regency Baku Hotelin Baş direktoru - Valter Gag, Weidmüller Interface GmbH & Co. KG şirkətinin Xəzər dənizi regionu ölkələrinin biznesin inkişafı üzrə Meneceri - Əliyar Həşimli, və AHK Azərbaycanın İcraçı Direktoru - Tobias Baumanndaxildir. İdarə heyəti üç il müddətinə təyin olunur.

Вся лента