Avropa Bankı daha bir Azərbaycan bankı ilə müqavilə imzaladı

16:35 - 17.12.2019


17 dekabr, Fineko/abc.az. “Muğanbank” ASC Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) ilə əməkdaşlıq çərçivəsində texniki dəstəyə dair müqavilə imzalanıb.

Bankdan ABC.AZ-a daxil olan məlumata görə, müqaviləyə əsasən AYİB-in “Azərbaycanda Maliyyə Vasitəçilərinin Potensialının Yaradılması Texniki Əməkdaşlıq Proqramı” çərçivəsində Muğanbankda  strategiya, risklərin idarə olunması, problemli kreditlərin həlli, komplayns və informasiya texnologiyaları, həmçinin mikro, kiçik və orta müəssisələrin kreditləşdirilməsi sahəsinin təkmilləşdirilməsi və qabaqcıl beynəlxalq praktikaya uyğunlaşdırılması nəzərdə tutulub. Proqramın məqsədi AYİB-in partnyor maliyyə institutu olaraq Muğanbankın dayanıqlığının artırılması, onun mikro, kiçik və orta müəssisələri kreditləşdirmə potensialının gücləndirilməsidir.

 

Вся лента