Azərbaycan Respublikası Dövlət Neft Fondunun büdcəsinə düzəlişlər edildi

16:07 - 5.10.2017


Azərbaycan Respublikası Prezidentinin 4 oktyabr 2017-ci il  tarixli Fərmanı ilə Dövlət Neft Fondunun (SOFAZ)  büdcəsinə düzəlişlər edildi.

Fərmana əsasən, SOFAZ-ın gəlirlərinin və xərclərinin  2017-ci ildə dəqiqləşdirilməsi məqsədi ilə,  mənfəət neftinin satışından əldə edilən gəlirlər 7 550 705,3 min manatdan 9 826 212,0 min manata qədər, akr hesabı ödənişlərin həcmi 3 465,0 min manatdan 3 605,5 min manata qədər, tranzit gəlirlərin həcmi 16 830,0 min manatdan  17 688,5 min manata qədər, valyuta aktivlərinin yerləşdirməsi və  idarə edilməsi gəlirləri 799 094,6 min manatdan 963 948,0 min manata qədər, PSA müqavilələrindən əldə edilən bonus gəlirlər 495,0 min manatdan 2 407,6 min manata qədər artırılmışdır. SOFAZ-ın büdcə gəlirlərinin ümumi həcmi 8 370 589,9 min manatdan 10 813 861,6 min manata qədər artırılmışdır.

2017-ci ilin büdcə xərcləri 14 483 856,0 min manatdan 15 242 928,0 min manata qədər artırılmışdır. Fərmanda həmçinin qaçqın və məcburi köçkünlərin sosial məişət şəraitinin yaxşılaşdırılması üçün xərclərin  90 000,0 min manatdan  105 000,0 min manata qədər artırılması nəzərdə tutulmuşdur.

Türkəyədə “STAR” neft emalı kompleksinin inşasının maliyyələşdirilməsinə büdcə xərclərinin bəndinə daha 744 072,0 min manat ayırılmışdır.

 

Вся лента