Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanda “METAK” şirkətinə 8 milyon avro ayırıb

12:40 - 21.12.2017


21 dekabr, Fineko/abc.az. Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) “METAK” şirkətinə korporativ kredit ayırıb.

Bankın məlumatında deyildiyi kimi, 8 milyon  avro məbləğində kredit manat ekvivalentində verilib.

“Kredit “METAK” şirkətinə öz fəaliyyətini bazar tələblərinə uyğun olaraq genişləndirməyə, mövqeyini möhkəmləndirməyə və rəqabət qabiliyyətini artırmağa imkan verəcək. “METAK” yeni istehsalat müəssisələrinin inşası da daxil olmaqla, öz fəaliyyətini Sumqayıt və Balaxanı şəhərlərində genişləndirməklə istehsal gücünü daha da artırmağı planlaşdırır”, - məlumatda belə deyilir.

"METAK”1997-ci ildə ticarət şirkəti kimi təsis edilmişdir.  Borular, boru kəmərlərinin detalları, həmçinin inşaat qurğuları, polipropilen borular və fitinqlər, döymə məmulatların  tədarükü ilə məşğuldur.

 

 

Вся лента