VTB Azərbaycanın rəhbəri islahatlardan danışdı - Alqışlayırıq

12:10 - 19.12.2019


19 dekabr, Fineko/abc.az. Azərbaycandakı islahatları alqışlayırıq.

ABC.AZ xəbər verir ki, bunu "VTB Azərbaycan"-ın rəhbəri Yevgeni Kirin 2019-cu ilin yanvar-oktyabr ayına dair keçirilən mətbuat konfransında bildirib.

O qeyd edib ki, vergi və digər sahələrdə aparılan islahatlar təqdirəlayiq haldır və nəinki bank sektoruna, bütün sferalara təsir edir.

Y. Kirin islahatların təsirini daha da konkretləşdirərək qeyd edib ki, hazırda Azərbaycanda nağdsız əməliyyatlarda banklar xüsusi yer tutur: " Banklar nağdsız hesablaşmaları dəstəkləyir. Vergi sahəsində aparılan islahatlar da şirkətlərin qeydiyyat məsələsini rəsmiləşdirir, kölgə iqtisadiyyatını azaldır. Bununla bağlı dünya və Rusiya  təcrübəsi var. Bunun banklara nə kimi təsiri var? Təsiri odur ki, şirkətlərin rəsmi formada işləməsi ilə banklar müştərilər barədə dəqiq məlumat ala bilir. Bununla da bank əməliyyatlarında operativlik daha da artır. Hazırda dünyada onlayn kassalar tətbiq olunur. Bu da təbii bayaq qeyd etdiyim operativliyi sürətləndirir. Ona görə də islahatlar çox vacibdir və təqdirəlayiqdir".

Müəllif: Elmir Murad

Вся лента