İlin sonunadək 5-6 milyon mənfəətimiz olacaq - Bank VTB Azərbaycanın rəhbəri

15:26 - 19.12.2019


19 dekabr, Fineko/abc.az. Bank VTB Azərbaycan bu ilin sonunadək əldə edəcəyi mənfəətin həcmini açıqlayıb.

ABC.AZ xəbər verir ki, ilin 9 ayı (yanvar-oktyabr) üçün keçirilən mətbuat konfransında bankın idarə heyətinin sədri Yevgeni Kirin bildirib ki, təmsil etdiyi bank ilin sonunadək 5-6 milyon manat mənfəət əldə etməyi planlaşdırır.

Onun sözlərinə görə, əldə ediləcək mənfəət bankın kapitalının artırılmasına yönəldiləcək. “Bu həm bankın maliyyə göstəricilərinə, həm də kreditləşmə imkanlarına müsbət təsir edəcək” deyə Y. Kirin qeyd edib.

Müəllif: Elmir Murad

 

 

Вся лента