Binəqədi şosesində ictimai nəqliyyat sərnişinlərinə xidmətin keyfiyyətinin yaxşılaşdırılması üçün işlər həyata keçirilib

16:13 - 21.12.2017


21 dekabr, Fineko/abc.az.  Bakı Nəqliyyat Agentliyi (BNA)  şəhər nəqliyyatında xidmətin keyfiyyətinin yaxşılaşdırılması üzrə tədbirlər görməkdə davam edir.

BNA-nin məlumatında deyilir ki, Binəqədi şosesində aparılan yenidənqurma işləri ilə əlaqədar Agentliyin mütəxəssisləri tərəfindən yoldakı vəziyyət təhlil edilib.

“Şosedə  13 avtobus dayanacaq məntəqəsi təşkil edilib, 10 dayanacaq üçün  yeni pavilyonlar quraşdırılıb, 9 yerdə cib, 21 piyada keçidi təşkil edilib”, - məlumatda belə deyilir.

Şosedə görülən işlər “Azərbaycan Avtomobil Yolları”  Dövlət Agentliyi ilə birgə həyata keçirilib.

 

Вся лента