Caspian Business Award 2019 mükafatının təqdimetmə mərasimi keçirilib

16:51 - 20.12.2019


20 dekabr, Fineko/abc.az.  2019-cu il  dekabrın 18-də Hyatt Regency Baku / Hyatt Hall-da Yeni il ziyafəti və Caspian Business Award 2019 beynəlxalq mükafatının təqdimetmə mərasimi təşkil olunub.

Tədbirdə çıxış edən Caspian European Club-un sədrinin birinci müavini və baş icraçı direktoru Telman Əliyev qeyd edib ki, mükafat ilin yekunlarına görə Xəzər-Qara dəniz və Baltik regionu dövlətlərinin ərazisində istehsalat və sosial sahələrdə daha fəal iştirak etmiş şirkət və top-menecerlərə təqdim olunur. Mükafatlat iqtisadiyyatın neft, qaz, nəqliyyat logistikası, aqrosənaye, təhsil və s. sahələrini əhatə edir.

“Nominantlar dünyanın 50-dən artıq ölkəsindəki şirkətlərin yüksək və orta səviyyəli menecerləri arasında keçirilən sorğu əsasında müəyyənləşib”, - deyə Telman Əliyev əlavə edib.

Tədbirdə dövlət qurumlarının, nazirliklərin, Caspian European Club-un üzv şirkətlərinin rəhbərləri iştirak ediblər.

“Biznes-hökumət dialoqunun inkişafındakı töhfələrə görə” nominasiyasında mükafat Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədova və Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinin Sədri Səfər Mehdiyevə təqdim olunub.

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov kiçik və orta biznesin Azərbaycan iqtisadiyyatındakı artan rolunu qeyd edərək Caspian European Club-a layihələrin həyata keçirilməsində uğurlar arzulayıb.

Dövlət Gömrük Komitəsinin sədrinin birinci müavini İsmayıl Hüseynov mükafatı qəbul edərək dövlətlə işgüzar dairələr arasındakı dialoqa göstərdiyi fəal dəstəyə görə Caspian European Club-a minnətdarlığını bildirib.  

Caspian Business Award 2019 mərasiminin sponsoru “Cahan Holding”dir. 

Ziyafət əyləncəli proqramla davam edib. Proqram çərçivəsində iştirakçıların Azərbaycanın əməkdar artisti, “Planet Parni iz Baku” KVN teatrının rəhbəri Tahir İmanovla və ssenariçi Ənvər Mansurovla dialqou baş tutub.

Həmçinin maraqlı müsabiqələr keçirilib və qaliblərə Caspian European Club-un üzv şirkətləri adından mükafatlar verilib.

Sıralarında dünyanın 50 ölkəsindən 5 mindən artıq şirkət və təşkilatı birləşdirən Caspian European Club 2002-ci ilin iyununda Xəzər-Qara dəniz regionunda fəaliyyət göstərən nəhəng neft-qaz şirkətlərinin dəstəyi və Caspian Energy İnternational Media Group-un fəal iştirakı ilə yaradılıb.

Nominasiyalar üzrə  “CASPIAN BUSINESS AWARD – 2019” mükafatının qalibləri:

Azərbaycan Respublikası Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin idarə heyətinin sədri Orxan Məmmədov – biznes-hökumət dialoqunun inkişafındakı töhfələrinə görə

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin Sədri Səfər Mehdiyev – biznes-hökumət dialoqunun inkişafındakı töhfələrinə görə

Cahan Holding  -  İlin holdinqi

Azəriqaz İstehsalat Birliyi – İstehsalatda müasir texnologiyanın tətbiqinə görə

Azərsüd – İlin süd məhsulları istehsalçısı

Azpetrol LTD – İlin yanacaqdoldurma məntəqələri şəbəkəsi

ASE Express & OCS, DSV – İlin logistika şirkəti

 Aki İnter – İlin təhsil şirkəti

 BHB strategic media agency – İlin reklam şirkəti

Caspian Events Organisers LLC – İlin sərgi təşkilatçısı

 Debet Safety – İlin fərdi mühafizə vasitələri və işçi geyimlərinin istehsalçısı

Qala Siğorta  - İlin sığorta şirkəti

 “Yagmur-2” LLC – su resurslarından səmərəli istifadəyə görə

 

Вся лента