VTB (Azərbaycan) “Nağd kredit” məhsulunu təklif edir

16:57 - 21.12.2017


Yeni il ərəfəsində bank VTB (Azərbaycan) daha çox tələb olunan “Nağd kredit” məhsulunu təklif edir.

Məhsul 6 aydan 36 ayadək 10 000 manatadək kreditin milli valyutada verilməsini nəzərdə tutur. Kreditin faiz dərəcəsi- illik 28%.

Krediti əldə etmək üçün müştərilər bankın onlara rahat olan filialına müraciət edə bilər. Bundan başqa, xidmət keyfiyyətini yüksəltmək məqsədi ilə bank +99455 2140986 nömrəli WhatsApp vasitəsi ilə kredit almaq üçün onlayn sifariş funksiyasını tətbiq edib. Müştərilərinin rahatlığı üçün VTB (Azərbaycan) kredit üzrə müraciəti banka gəlmədən www.vtb.az korporativ saytı, VTB Online internet bankinq vasitəsi ilə də etməyə imkan verir.

 

 

Вся лента