Rusiyanın milli ödəniş sistemi Azərbaycana gəlir? – Nazirdən açıqlama

16:08 - 24.12.2019


24 dekabr, Fineko/abc.az. Rusiyanın “Mir” ödəmə sistemi Azərbaycanda tətbiq edilə bilər.

ABC.AZ xəbər verir ki, bunu prezident İlham Əliyevlə görüşündə Rusiya Federasiyasının İqtisadi İnkişaf naziri Maksim Oreşkin bildirib.

O qeyd edib ki, Rusiyada “Mir” adlanan bir ödəmə sistemi var və bu artıq Türkiyə bazarlarında tətbiq edilir: “Bu, Türkiyəyə gedən rusiyalı turistlər üçün çox münasibdir. Siz bizim qarşımızda turist mübadiləsini inkişaf etdirmək vəzifəsini qoymusunuz. Biz bu göstəricini milyona çatdırmağa çalışırıq. Həqiqətən, turistlərin ölkələrimiz arasında gediş-gəlişi nə qədər sadə, rahat olsa, turist axını bir o qədər çox olacaq. Biz həmkarlarımızla razılığa gəlmişik ki, bu məsələni araşdıraq, həmin sistemin Azərbaycanda tətbiq edilməsinin nə dərəcədə mümkün olmasını aydınlaşdıraq. Buna görə daha fəal işləməyə hazırıq".

Qeyd edək ki, sözügedən sistem Rusiyanın milli ödəniş sistemidir. Bu sistemlə hesablaşmalar rublla aparılır. Mir ödəniş sisteminin operatoru Milli Ödəniş Kartları Sistemidir.

Müəllif: Elmir Murad

 

 

Вся лента