Azərbaycan avropaya ixracını artırır

15:15 - 25.12.2019


25 dekabr, Fineko/abc.az. "Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bitkiçilik mənşəli məhsulların Avropa İttifaqı (Aİ) ölkələrinə ixracı ilə bağlı danışıqlar aparır".

ABC.AZ xəbər verir ki, bunu Agentliyin sədrinin müşaviri Elxan Mikayılov deyib.

 Onun sözlərinə görə, qeyri-neft məhsullarının ixracında fındıq ön pillələrdə dayanır: “Fındıq məhsullarının Aİ-na üzv ölkələrinə ixracına imtina hallarının aradan qaldırılması üçün tədbirlər planı hazırlamışıq. Növbəti illər ərzində sistemli şəkildə həyata keçiriləcək bu tədbirlər hesabına ölkədə istehsal olunan fındığın qablaşdırılması, emalı və daşınması Aİ-nın tələblərinə uyğun olacaq. İmtina hallarında əsas arqumentləri sənədləşmədə və nəqliyyat vasitələrində olan problemlər təşkil edir. Odur ki, Aİ-na üzv ölkələrə göndərilən fındıq və digər məhsulların tələblərə uyğun şəkildə aparılması üçün tədbirlər görürük. Bu isə imkan verəcək fındıqla yanaşı pomidor, xurma və digər məhsulların Avropaya ixracını asanlaşdıraq".

Müəllif: Elmir Murad

 

Вся лента