Rubl üçün ağır günlər – Zəifləməkdə davam edir

10:54 - 26.12.2019


26 dekabr, Fineko/abc.az. Uzun müddətdir özünün “iflas” dövrünü yaşayan rus rublunun başı üzərində qara buludların dolaşması hələ də davam edir. Şimal qonşumuzun milli valyutası hazırda özünün ən pis dövrünü yaşayır. Belə ki, rus rublu son 5 ayda xeyli geriləyib.

ABC.AZ xarici mətbuata istinadən xəbər verir ki, rubl Moskva birjasında iyuldan indiyənə qədər ilk dəfə 62 psixoloji həddindən aşağı düşüb. Rusiya vaxtı ilə saat 13.05-də 1 dolların 61,94 rubla bərabər olduğu qeydə alınıb. Belnəlxalq maliyyə institutları rus rublu üçün sözügedən dövrü daha pessimist qiymətləndirsə də, vergi pullarının dəstəyi rublu biraz da olsa “ayaqda” qalmağa kömək edir.

Qeyd edək ki, rubl dollarla yanaşı avro qarşısında da güc itirməyə başlayıb. Ekspertlər rublun gələcəyini heç də qənaətbəxş hesab etmir .

Müəllif: Elmir Murad

 

Вся лента