330x110
 

“AFB Bank” ASC-nin İdarə Heyəti sədrinin müavini vəzifəsindən ayrıldı – Bir müddət bankın sədri də işləyib

26.12.2019,15:00


26 dekabr, Fineko/abc.az. “AFB Bank” ASC-nin İdarə Heyəti sədrinin 1-ci müavini Aydın Hüseynov vəzifəsindən ayrılıb.

ABC.AZ xəbər verir ki, adıçəkilən şəxs bundan əvvəl hazırki sədr Orxan Xubanlının əvəzində İdarə Heyətinin sədri vəzifəsini də tuturdu. “AFB Bank”-dan ayrılandan sonra A. Hüseynovun hansı banka və ya hanşı vəzifəyə getdiyi hələlik bəlli deyil.

Qeyd edək ki, A. Hüseynov, 2007-2009 -cu illərdə Yapı Kredi Bank-da Kreditlərin Təhlili və Fondların İdarə Edilməsi Departamentlərində Mütəxəssis kimi çalışıb, həmçinin paralel olaraq Yapı Kredi İnvest-də Qiymətli Kağızlar üzrə Broker və Diler kimi işləyib. 2009-2012-ci illərdə "TuranBank"da Birja Əməliyyatları Şöbəsində müdir, 2012-ci ildən 2014-cü ilin mart ayına qədər isə Risklərin İdarə Edilməsi Departamentinə Direktor vəzifəsində çalışıb. 2014-2017-ci illərdə "Rabitəbank"da İdarə Heyəti Sədrinin müavini vəzifəsini icra edib.

Müəllif: Elmir Murad