Azərbaycan Respublikasının Mərkəzi Bankı növbəti depozit hərracını təyin etdi

16:27 - 5.10.2017


Azərbaycanın Mərkəzi Bankı növbəti depozit hərracını 9 oktyabr tarixinə təyin etdi.

AMB-nın xəbərində deyildiyi kimi, hərrac vasitəsilə 10,01-14,99% dərəcə üzrə 100 milyon manat cəlb etmək planlaşdırılır.

Xəbərdə həmçinin deyilir: “Vəsaitlərin cəlb edilməsi üçün 14 gün müddət təyin olunub”.

AMB-nın depozit hərracı Bloomberg-in ticarət platformasında həyata keçirilir. Hərraclar 13 iyun 2016-cı il tarixindən etibarən keçirilir.

Вся лента