Fondun portfelinin idarə edilməsinin hədəf gəlirliliyi kimi əsas nə götürülür?

12:28 - 30.12.2019


30 dekabr, Fineko/abc.az. Dövlət Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin idarə edilməsinin hədəf gəlirliliyi (bençmark) kimi müvafiq valyuta (avro istisna olmaqla) üzrə 6 aylıq LIBOR faiz dərəcəsi əsas götürülür.

ABC.AZ xəbər verir ki, bu prezidentin gələn il üçün təsdiq etdiyi Dövlət Neft Fondunun büdcəsində qeyd olunub.

Belə ki, Fondun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin avroda ifadə olunan aktivlərinin idarə edilməsində hədəf gəlirliliyi (bençmark) kimi 6 aylıq EURİBOR faiz dərəcəsi əsas götürülür. LIBOR dərəcəsi mövcud olmayan valyutalar üzrə hədəf gəlirliliyi kimi maliyyə bazarında banklar arasında 6 aylıq kreditlər üzrə ən geniş yayılmış faiz dərəcələri əsas götürülə bilər. Səhm (pay) portfelinin hədəf gəlirliliyi (bençmark) kimi MSCI Stock Market Indexes əsas götürülür.

Neft Fondunun borc öhdəlikləri və pul bazarları alətləri portfelinin faktiki ortaçəkili investisiya müddətini dünya bazarındakı cari vəziyyətdən asılı olaraq Fond müəyyən edir və bu müddət 48 aydan artıq olmamalıdır.

Müəllif: Elmir Murad

 

Вся лента