Dekabrın 23-də gözlənilən hava haqqında məlumat açıqlanıb

14:06 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Azərbaycanda şənbə günü, dekabrın 23-də gözlənilən hava haqqında məlumatı təqdim edib.

Bakıda və Abşeronda dekabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, gündüz saatlarında yarımadanın bəzi yerlərində çiskinli olacağı gözlənilir. Arabir duman olacağı xəbər verilir. Güclü şimal-qərb küləyi əsəcək, gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olunacaq.

Bakıda və Abşeronda gecə 5-7, gündüz 9-11 dərəcə isti olacağı proqnozlaşdırılır.

Atmosfer təzyiqi  765 mm civə sütunundan 755 mm civə sütununa enəcək, nisbi rütubət gecə 75-85, gündüz 55-60 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 23-də bəzi yerlərdə yağış, dağlıq ərazilərdə qar yağacağı, gündüz yağıntıda fasilə olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə duman olacaq.  Qərb küləyi əsəcək, bəzi yerlərdə arabir  güclənəcək.

Havanın temperaturu gecə 3-7, gündüz 8-13 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti təşkil edəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamenti  Bakıda və Abşeronda havanın dəyişəcəyi haqqında xəbərdarlıq edir

Dekabrın 22-si axşamdan 24-ü axşamadək hava şəraitinin küləkli keçəcəyi, şimal-qərb küləyinin əsəcəyi, gündüz saatlarında cənub-qərb küləyi ilə əvəz olunacağı, arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın bəzi rayonlarında dekabrın 24-də yağış, dağlıq ərazilərdə qar yağacağı,  ayrı-ayrı yerlərdə intensiv olacağı ehtimal olunur.

 

 

Вся лента