Azərbaycan neftinin qiyməti bir qədər düşdü

15:41 - 22.12.2017


22 dekabr, Fineko/abc.az. Azərbaycanın dünya bazarına təklif etdiyi “Azeri LT CIF” markalı nefti 0,03 (0,05%) ucuzlaşıb.

Hal-hazırda “Azeri LT CIF” markalı xam neftin qiyməti 66,51 dollar / barelə təşkil edir.

“Azeri LT” markalı neftin minimal qiyməti 2001-ci ilin dekabr ayında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyul ayında (149,66 dollar) qeyd edilmişdir.

 

Вся лента