Neft, 4% kəskin düşmədən sonra yenidən bahalaşır

10:04 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. Cümə axşamı günü neftin etalon markalarının qiyməti 4%-dən çox düşdükdən sonra yüksəlir.

Yanvarın 8-də Londonun “ICE Futures” birjasında keçirilən ticarətin nəticəsində “Brent”in mart fyuçersi  $2,83 (4,15%) aşağı yuvarlanıb bir barelə $65,44  təşkil etmişdir. Londonun ISE Futures birjasında Brent-in mart fyuçersləri saat 9:15-də $0,46 (0,7%) bahalaşaraq bir barelə $65,9 təşkil etmişdir.

Yanvarın 8-də Nyu-Yorkun NYMEX əmtəə birjasının bağlanışında “WTI” markalı neftin fevral fyuçersi $3,09 (4,93%) düşərək bir barelə $59,61 təşkil etmişdir. WTI maraklı neftin fevral fyuçers qiyməti saat 9:15-də $0,51 (0,86%) bahalaşaraq bir barelə $60,12 təşkil etmişdir.

Bir ay yarım ərzində maksimum dərəcədə azalmanın nəticəsi olaraq, qiymətlər dekabr ayının ortalarında səviyyələrə döndü.

 

Вся лента