İcbari Sığorta Bürosundan açıqlama – Zərər etmişik

10:20 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. İcbari Sığorta Bürosu (İSB) 2018-ci ili 3,067 milyon manat zərərlə başa vurub.

ABC.AZ xəbər verir ki, bu barədə qurumun maliyyə hesabatında qeyd olunub. Hesabata əsasən, 2017-ci ildə isə Büro 546 min manat mənfəət edib.

Sənədə əsasən, 2018-ci ildə İSB-nin təqdim haqlarından gəliri 7,893 milyon manat (2017-ci ilə nisbətən 4,2% çox), kompensasiya xərci 644 min manat (20,6% az), kompensasiya üçün ehtiyatdakı dəyişiklikdən zərəri 3,955 milyon manat (əvvəlki il gəlir olub), xalis maliyyə gəliri 996 min manat (10,75% az), xarici valyuta mübadiləsi üzrə zərəri 434 min manat (əvvəlki il gəlir olub), sair gəliri 39 min manat (67,8% az), müddətli depozitlərin dəyərsizləşməsi üzrə gəliri 2,068 milyon manat (əvvəlki il zərər olub), qeyri-maddi aktivlərin dəyişməsi üzrə zərəri 531 min manat (29,2% az), ümumi və inzibati xərcləri 2,555 milyon manat (6,2% az), ağır şərtli müqavilələr üzrə ehtiyatdakı dəyişikliklərdən zərəri 468 min manat (63,1% az), mənfəət vergisi ödəmələri isə 5 476 milyon manat (əvvəlki il olmayıb) təşkil edib.

2019-cu il yanvarın 1-nə İSB-nin aktivləri 36,464 milyon manat olub ki, bu da illik müqayisədə 1,1% çoxdur. Bunun 10,254 milyon manatı müddətli depozitlər (1 il əvvələ nisbətən 30,9% çox), 10,779 milyon manatı isə investisiya qiymətli kağızlarıdır (98,25% çox).

Hesabat dövründə Büronun öhdəlikləri 45,8% artaraq 11,025 milyon manata çatıb, balans kapitalı isə 10,8% azalaraq isə 25,439 milyon manata düşüb.

Müəllif: Elmir Murad

 

Вся лента