Beynəlxalq Bankda yeni təyinat – “Bank BTB” ASC-nin İdarə Heyətinin üzvünə vəzifə verildi

10:53 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. Azərbaycan Beynəlxalq Bankında yeni təyinat olub.

ABC.AZ adıçəkilən Banka istinadən xəbər verir ki, Bank BTB-dən öz istəyi ilə yenicə ayrılan Vüsal Şahverdiyev Beynəlxalq Bankda transformasiya ofisinin direktoru təyin olunub.

Qeyd edək ki, Vüsal Şahverdiyev “Bank BTB” ASC-nin İdarə Heyətinin üzvü olub.

Müəllif: Elmir Murad

 

Вся лента