Neftin tədarükündə qıtlıq proqnozlaşdırılmır – BƏƏ-nin naziri

12:15 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. OPEC artan gərginliklər fonunda neft tədarükü ilə bağlı qlobal bazardakı narahatlıqları azaltmağa çalışır.

ABC.AZ Türkiyə mətbuatına istinadən xəbər verir ki, bunu Birləşmiş Ərəb Əmirliklərinin Energetika və Sənaye naziri Suheyl əl-Mazrui deyib.

Onun sözlərinə görə, OPEC İran-ABŞ gərginliyi fonunda Yaxın Şərqdə yarana biləcək neft tədarükü çatışmazlığı ilə bağlı narahatlıqları minimuma endirməyə çalışır. Hazırda xam neft bazarlarında tədarük yaxşı səviyyədədir deyən nazir vurğulayıb ki, adıçəkilən təşkilat və tərəfdaşları bölgədə gərginliyin artacağı təqdirdə lazımi reaksiyanı göstərəcək: “ABŞ ilə İran arasında artan gərginlik körfəzdən neft nəqli üçün mühüm əhəmiyyət kəsb edən Hörmüz Boğazı üçün risk meydana gətirmir. Bazarda təklif yaxşıdır. Deyərdim ki, daha ciddi bir gərginlik olmazsa və biz bunu gözləmirik, tədarük qıtlığı proqnozlaşdırılmır”.

Müəllif: Elmir Murad

 

Вся лента