Qiymətli kağızların yerləşdirilmə həcmində azalma olub - Ötən illə müqayisədə

12:29 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. Bakı Fond Birjasında (BFB) 2019-cu il ərzində qiymətli kağızlar üzrə keçirilən əməliyyatların ümumi həcmi 14,033,797,038 manat təşkil edib.

ABC.AZ BFB-yə istinadən xəbər verir ki, 2018-ci ilin analoji dövrü üzrə əməliyyatların həcmi isə 14,893,377,207 manat olmuşdu.

2019-cu il üzrə dövlət qiymətli kağızların ilkin bazarında yerləşdirmələrin həcmində ötən ilə nəzərən azalma müşahidə olumasına baxmayaraq, korporativ qiymətli kağızlar üzrə yerləşdirmələrin həcmində 20% artım qeydə alınıb. Eyni zamanda dövlət qiymətli kağızların təkrar bazarında ticarət həcmi 248%, korporativ qiymətli kağızların təkrar bazarında 72% və repo əməliyyatlarında isə 83.5% böyümə qeydə alınıb. Nəticədə Birjada təkrar bazar üzrə əməliyyatların həcmi keçən ilə nəzərən 128% artıb. 2019-cu ilin dekabr ayına Bakı Fond Birjasının kapitalizasiyası 3,687,979,350.80 manat təşkil edərək ötən ilə nəzərən 4% böyümüş, listinqdə olan şirkətlərin sayı isə 914-dən 951-ə yüksəlib.

Müəllif: Elmir Murad

 

Вся лента