Bərpaolunan enerji ilə bağlı yeni layihə - Artıq müqavilələr imzalanıb

14:57 - 9.01.2020


9 yanvar, Fineko/abc.az. Yanvarın 9-da Baş Nazir Əli Əsədovun iştirakı ilə Nazirlər Kabinetində Energetika Nazirliyi ilə Səudiyyə Ərəbistanı Krallığının “ACWA Power” və Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətləri arasında bərpaolunan enerji üzrə pilot layihələrin reallaşdırılmasına dair İcra müqavilələri imzalanıb.

ABC.AZ xəbər verir ki, imzalanma mərasimində Ə. Əsədov bərpaolunan enerji istehsalından danışaraq bu sahədə bir sıra təşəbbüslərin uğurla reallaşdırıldığını qeyd edib.

Onun sözlərinə görə, bərpaolunan energetika sahəsi son dövrlərdə yaşıl iqtisadiyyatın inkişafında önəmli yer tutub: “Burada xarici şirkətlərlə yeni müqavilələrin imzalanması bu sahədə atılan ciddi addımlardan biridir. Bu müqavilələr Azərbaycana sərmayə yatırılmasını nəzərdə tutur ki, bu da, ilk növbədə, milli iqtisadiyyatımıza stimul verəcək, yeni iş yerləri açılacaq. Bu layihələr ölkəmizin enerji dayanıqlılığını təmin edəcək. Bərpaolunan enerji istehsalı ölkəmizdə yaşıl iqtisadiyyatın inkişafına töhfə verəcək”.

Müəllif: Elmir Murad

 

Вся лента